Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu həşəratlar payızda təhlükə yaradır - XƏBƏRDARLIQ

Bu həşəratlar payızda təhlükə yaradır - XƏBƏRDARLIQ

Tarix: 6 Oktyabr 2023 07:00

Milçəklərin bir növü olan payız milçəyi soyuq mövsümdə daha təhlükəli və aqressiv olur və insanları dişləməyə başlayır. Bu davranışın səbəbi milçəklərin bu növündə mayalanma mövsümünün başlaması ilə əlaqədardır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu rusiyalı entomoloq, kənd təsərrüfatı elmləri namizədi və dosent Olqa Tenyayeva bildirib.

Bununla belə, ekspert əlavə edib ki, payız milçəklərindən çox qorxmağa əsas yoxdur. Onlar insan sağlamlığına daha çox zərər verə biləcək ağcaqanadlardan və ya hətta adi milçəklərdən daha təhlükəli daşıyıcı deyillər.

"Adi milçəklər ciddi infeksiyaların daşıyıcısı ola bilər, çünki onlar tez-tez nəcis və zibilliklərə qonurlar. Nəticədə onların ayaqlarında müxtəlif sporlar və helmintlər qalır. Payız milçəklərinə isə zibilliklər deyil, qan maraqlıdır", - deyə Olqa Tenyayeva vurğulayıb.

Milli.Az


Etiketlər:  həşəratlar payızda təhlükə yaradır XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ