Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi MLS-in ən dəyərli oyunçu mükafatına namizəd olub

Messi MLS-in ən dəyərli oyunçu mükafatına namizəd olub

Tarix: 6 Oktyabr 2023 07:54

"İnter Mayami"nin argentinalı futbolçusu Lionel Messi MLS-də mövsümün ən yaxşı oyunçusu mükafatına namizəd olub.

Milli.Az report-a istinadən xəbər verir ki, mükafat uğrunda ümumilikdə 30 futbolçu mübarizə aparır.

MVP mükafatına Messinin komanda yoldaşı Serxio Buskets də namizəddir. Hər bir klub müstəqil olaraq öz oyunçularını liqanın ən dəyərli oyunçusu mükafatına təqdim edir. Mükafata eyni klubdan yalnız iki futbolçu iddia edə bilər.

Messi iki il Fransanın PSJ-sində oynadıqdan sonra 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. O, ilk oyundaca cərimə zərbəsindən fərqlənib. Onun məhsuldar seriyası doqquz oyunda dayanıb.

"İnter Mayami"də keçirdiyi 12 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var. Avqustun 20-də argentinalı Amerikada ilk kubokunu qazanıb. "İnter Mayami" turnirin final oyununda "Neşvill"i penaltilər seriyasında yenərək (10:9) Liqa Kubokunun qalibi olub.

Argentinalı zədə səbəbindən "İnter Mayami"nin son bir neçə oyununu buraxıb.

Milli.Az


Etiketlər:  Messi MLS in ən dəyərli oyunçu mükafatına namizəd olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ