Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahmud Abbas İsraillə gərginlikdən danışdı

Mahmud Abbas İsraillə gərginlikdən danışdı

Tarix: 7 Oktyabr 2023 17:50

Fələstin lideri Mahmud Abbas Qəzza zolağına nəzarət edən HƏMAS-ın İsrailə qarşı "Əl-Əqsa tufanı" adlı əməliyyata başlamasına münasibət bildirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Fələstin lideri əməliyyatla bağlı yüksək rütbəli zabitlərin iştirakı ilə iclas keçirib.

O, iclasda Fələstin xalqının qorunmasının vacib olduğunu bildirib:

"İsrail qüvvələrinin hücumlarına qarşı Fələstin xalqının özünü qoruma hüququ vardır".

Qeyd edək ki, bu gün səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər.

Milli.Az


Etiketlər:  Mahmud Abbas İsraillə gərginlikdən danışdı


RƏYLƏR