Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azad Rəhimov: Azərbaycan 10 ölkəyə ekspert yardımı göstərməyə hazırdır (FOTO)

Azad Rəhimov: Azərbaycan 10 ölkəyə ekspert yardımı göstərməyə hazırdır (FOTO)

Tarix: 31 Oktyabr 2019 18:12

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan dopinq programlarının beynəlxalq standartlara uyğun olmayan 10 ölkəyə ekspert yardımını göstərməyə hazırdır.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nazir Azad Rəhimov Parisdə 29-31 oktyabr tarixlərində keçirilən BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) 7ci sessiyasında səsləndirib.

Təklif müxtəlif ölkələr tərəfindən müsbət qarşılanaraq, çox yüksək dəyərləndirilib.

Sessiyada müxtəlif ölkələrin idman strukturlarının rəhbərləri, beynəlxalq idman təşkilatlarının və digər qurumların nümayəndələri iştirak edib.

Səfəri çərçivəsində A.Rəhimov UNESCO-nun baş direktorunun Humanitar və Sosial elmər üzrə müavini Nada al-Naşif, Ümumdünya Anti Dopinq Agentliyinin (WADA) yeni seçilmiş Presidenti, Polşanın İdman və Turizm Naziri Vitold Banka, Avropa Şurasının İdman Konvensiyalarının Direktoru Sergey Xriçikov, Rusiya Federasiyasının İdman Naziri Pavel Kolobkov, Səidiyyə Ərəbistanı Şahzadəsi Fahad bin Jalawi al Saud və digərləri ilə bir sıra ikitərəfli görüşlər keçirib.

Tədbirin açılışında, eyni zamanda, idmanda dopinqinlə mübarizə və beynəlxalq əməkaşlıq mövzusuna dair panel müzakirələrdə çıxış edən A.Rəhimov Azərbaycanın idman sahəsində qazandığı geniş təcrübə haqqında söz açıb və ölkəmizlə beynəlxalq strukturların idman əlaqələrinin genişləndirmə imkanlarını müzakirə edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azad Rəhimov: Azərbaycan 10 ölkəyə ekspert yardımı göstərməyə hazırdır (FOTO) Azad Rəhimov: Azərbaycan 10 ölkəyə ekspert yardımı göstərməyə hazırdır (FOTO) Azad Rəhimov: Azərbaycan 10 ölkəyə ekspert yardımı göstərməyə hazırdır (FOTO) Azad Rəhimov: Azərbaycan 10 ölkəyə ekspert yardımı göstərməyə hazırdır (FOTO)


Etiketlər:  Azad Rəhimov Azərbaycan ölkəyə ekspert yardımı göstərməyə hazırdır FOTO


RƏYLƏR