Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail bunu gözləmirdi: HƏMAS necə bacardı? - Ekspert

İsrail bunu gözləmirdi: HƏMAS necə bacardı? - Ekspert

Tarix: 8 Oktyabr 2023 15:16

HƏMAS-ın İsrailə raket hücumu və hərbi bazaların vurulması təxribatçı manevr rolunu oynadı.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu "Bild" nəşrinin hərbi eksperti Yulian Röpke deyib.

"Əvvəlcə İsrail şəhərlərinə irimiqyaslı raket hücumu həyata keçirildi ki, bu da təxribat manevri kimi görünürdü. Lakin terrorçuların əsas hədəfi Sderot, Netivot və Ofakim kimi sərhəd yaşayış məntəqələrindəki mülki şəxslər olub", - o bildirib.

Röpke Fələstin yaraqlılarının hücum vasitəsi kimi PUA və deltaplanlardan istifadə etməsini, həmçinin terrorçuların dünyanın ən təhlükəsiz sərhədlərindən birini uğurla keçdiklərini gözlənilməz adlandırıb:

"İsrail döyüşçüləri HƏMAS terrorçularının belə hava qüvvələrinə malik olduğunu gözləmirdi".

Milli.Az


Etiketlər:  İsrail bunu gözləmirdi HƏMAS necə bacardı Ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ