Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİN-dən ''Qarabağ''ın futbolçusunun saxlanılması barədə açıqlama - RƏSMİ - YENİLƏNDİ

DİN-dən ''Qarabağ''ın futbolçusunun saxlanılması barədə açıqlama - RƏSMİ - YENİLƏNDİ

Tarix: 9 Oktyabr 2023 00:22

Futbolçu Elvin Cəfərquliyevin "Neftçi" - "Qarabağ" oyunundan sonra saxlanılması xəbəri yanlışdır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib.

O, qeyd edib ki, E.Cəfərquliyev qarşılaşmadan sonra çantasının oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib. Futbolçunun çantasını oğurlayan stadiona azərkeş qismində gələn şəxs polislər tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb. Bundan sonra E.Cəfərquliyev zərərçəkən şəxs kimi izahatının alınması üçün polis şöbəsinə dəvət edilib.

Araşdırmalar davam etdirilir.

--------

23:33

Premyer Liqanın 9-cu turunda "Neftçi" - "Qarabağ"la qarşılaşıb. Ağdamlılar əldə etdiyi 2:0 hesablı qələbənin ləzzətini tam yaşaya bilməyib.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, oyundan sonra komandanın futbolçusu Elvin Cəfərquliyev polis şöbəsinə aparılıb.

Klub rəsmiləri bundan xəbər tutan kimi 24-cü polis bölməsinə yollanıb.

Elvinin hansı səbəbfən saxlanılması barədə məlumat verilmir.

Milli.Az


Etiketlər:  DİN dən Qarabağın futbolçusunun saxlanılması barədə açıqlama RƏSMİ YENİLƏNDİ


RƏYLƏR