Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qırmızı xətlər" POZULUR: Qəzza zolağında 29 dəlik aşkarlandı

Tarix: 9 Oktyabr 2023 00:52

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının hasarında ümumilikdə 29 dəlik aşkarlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Haaretz" qəzeti mənbələrə istinadla yazıb.

Qəzet yazır ki, bu dəlilərin əksəriyyəti hələ də bərkidilməyib və əlavə sızmaların qarşısını almaq üçün əlavə qüvvələr yerləşdirilib.

"Haaretz" mənbələrinin məlumatına görə, bir gün əvvəl Fələstinin HƏMAS hərəkatının döyüşçüləri aşkar edilmədən Qəzza zolağı ilə sərhədi pozub. Yalnız bir yerdə müşahidəçilər mikroavtobusun sərhəd hasarını keçdiyini bildiriblər.

Oktyabrın 8-də İsrail ordusu Qəzza zolağının Fələstin anklavı ilə sərhəddə yerləşən yaşayış məntəqələrinin sakinlərini təxliyə etməyə başladığını elan edib .

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və "Əl-Əqsa Daşqını" əməliyyatının başladığını elan etdi. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatınə "Dəmir qılınclar" adlandırıb.

Netanyahunun sözlərinə görə , İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatı çətin və uzun sürəcək.

Milli.Az


Etiketlər:  Qırmızı xətlər POZULUR Qəzza zolağında 29 dəlik aşkarlandı


RƏYLƏR