Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur müğənni İsraildə bomba sığınacağına yerləşdirildi - FOTO

Məşhur müğənni İsraildə bomba sığınacağına yerləşdirildi - FOTO

Tarix: 9 Oktyabr 2023 07:10

Rusiyalı ifaçı Qlükoza müğənni Bruno Marsın konsertində iştirak etmək üçün ailəsi ilə birlikdə bir neçə günlük Tel-Əvivə uçub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nəticədə, o, konsert əvəzinə praktiki olaraq hərbi əməliyyatların mərkəzinə düşüb.

Hazırda ifaçı ailəsilə birlikdə bomba sığınacağına yerləşdirilib.

Yeri gəlmişkən, Bruno Marsın taleyi bir müddət ABŞ-dən olan pərəstişkarlarını narahat edib. Yalnız oktyabrın 7-də axşam o, Ben Qurion Beynəlxalq Hava Limanının Terminalından 60 nəfərlik komandası ilə ayaq üstə çəkilmiş şəklini yayımlayıb.

Milli.Az


Etiketlər:  Məşhur müğənni İsraildə bomba sığınacağına yerləşdirildi FOTO


RƏYLƏR