Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2023 13:30
Liberal Demokrat Partiyasının sabiq lideri Vladimir Jirinovski 2024-cü ilə qədər hamının Yaxın Şərqdəki münaqişəyə görə Ukraynanı unudacağını proqnozlaşdırmışdı.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, o, bunu 2019-cu ildə "Vladimir Solovyovla axşam" proqramında demişdi.
Jirinovski bu hadisələrin Üçüncü Dünya müharibəsinin xəbərçisi ola biləcəyini də qeyd etmişdi. O, bu hadisələrdə İranın xüsusi rolunu da vurğulamışdı.
Xatırladaq ki, 7 oktyabrda HƏMAS "İslami-Cihad"la birgə "Əqsa tufanı" əməliyyatına başladığını elan edib və İsrailə zərbələr endirib. Nəticədə 700-dən çox insan ölüb, 2,2 min insan yaralanıb.
İsrail müharibəyə başladığını elan edib.