Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəzzada girov saxlanılan 4 israilli hava zərbələri zamanı öldü

Qəzzada girov saxlanılan 4 israilli hava zərbələri zamanı öldü

Tarix: 9 Oktyabr 2023 15:00

HƏMAS İsrailin Qəzza zolağını bombardman etməsi nəticəsində bölgədə girov olan 4 israillinin öldüyünü bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə HƏMAS-ın İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Obeyda "Telegram" hesabında bildirib.

"Bu gün Qəzza zolağınının bombalanması 4 düşmən əsirinin öldürülməsinə və onları əsir götürən Qəssam Mücahidinin şəhid olmasına səbəb olub", - o paylaşımında bildirib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-ın İsrailin cənub bölgəsinə hücumu nəticəsində 700-dən çox şəxs öldürülüb, 140-dan çox israilli HƏMAS silahlıları tərəfindən girov götürülüb. Girov götürülənlər arasında hərbçilərlərlə yanaşı, mülki sakinlər - qadınlar, uşaqlar, yaşlılar var.

Milli.Az


Etiketlər:  Qəzzada girov saxlanılan 4 israilli hava zərbələri zamanı öldü


RƏYLƏR