Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2023 07:20
Şotlandiyanın birinci naziri Həmzə Yusaf bildirib ki, onun qayınatası və qayınanası yaşlı qohumunu ziyarət etmək üçün gəldikləri Qəzza zolağından çıxa bilməyiblər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, 2 milyondan çox insanın yaşadığı Qəzza zolağının mülki əhalisi Fələstinin HƏMAS hərəkatının İsrailə qarşı hücumlarından sonra yaranmış vəziyyətin girovu olub.
"Mənim üçün günahsız israillilərin həyatı günahsız fələstinlilərin həyatı qədər dəyərlidir. İndi hər iki tərəfdən bir çox günahsız insan ölür və buna heç bir şəkildə haqq qazandırmaq olmaz", - o bildirib.
Qeyd edək ki, Həmzə Yusaf pakistanəsilli müsəlmandır.