Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2023 09:06
Çin alimləri ölkədə kifayət qədər strateji mineral kimi tanınan niobiumun yataqlarını kəşf ediblər.
Bu element müxtəlif sənaye sahələrində, o cümlədən avtomobil sənayesində və nüvə enerjisi sahəsində fəal şəkildə istifadə olunur.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, yerli mineral niobium-baotou adlandırılıb. Belə ki, o Baotou şəhərindəki yataqda tapılıb.
Kəşfin müəllifləri Mərkəzi Nüvə Geoloji Elm və Texnologiya şirkətinin tədqiqatçılarıdır. Yeni aşkar edilmiş mineral artıq Beynəlxalq Minerallar Assosiasiyasından rəsmi təsdiq alıb və onların reyestrinə IMA 2022-127a nömrəsi ilə daxil edilib.
Qeyd edək ki, niobium aşağı istilik neytron tutma qabiliyyətinə görə nüvə sənayesində əsas element sayılır.