Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təl-Əvivdən Moskvaya biletlərin qiyməti dəfələrlə artıb - FOTO

Təl-Əvivdən Moskvaya biletlərin qiyməti dəfələrlə artıb - FOTO

Tarix: 10 Oktyabr 2023 09:18

Təl-Əvivdən Moskvaya biletlərin qiyməti 5-6 dəfə artıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, aviaşirkətlər adambaşına 115-130 min rubl tələb edirlər. Halbuki, əvvəllər bu rəqəm 20-30 min rubl olub.

Həmçinin, növbələr üzrə rekordçu olan "Red Wings", lazım gələrsə, Rusiya Federasiyası ilə İsrail arasında uçuşların sayını artırmağa hazır olduqlarını artıq bəyan edib.

Bu arada, İsrailin tərk etməyə çalışan rusiyalılar arasında milyarder və keçmiş məmur Anatoli Çubays və həyat yoldaşı Avdotya Smirnova da var. Onların fotosu Ben Qurion hava limanında çəkilib.

Milli.Az


Etiketlər:  Təl Əvivdən Moskvaya biletlərin qiyməti dəfələrlə artıb FOTO


RƏYLƏR