Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Markosyan: Çox təəssüf ki, Bakı Köçəryanı həbs etmədi

Markosyan: Çox təəssüf ki, Bakı Köçəryanı həbs etmədi

Tarix: 10 Oktyabr 2023 10:56

Qarabağın satqın "prezidentlərinin" simvolik və biabırçı sonu Ermənistan və Azərbaycan tarixinin salnaməsinə düşəcək.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu erməni fəal Usik Markosyan deyib.

"Eyni vaxtda (toplu şəkildə) üç keçmiş "prezident" həbs edilib: Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan. Ən əsası isə onlar düz sülhməramlı qüvvələrin qərargahında qandallandılar. Gülməli, həm də üzücüdür ki, bu, ermənilərin deyil, azərbaycanlıların uğurudur. Qarabağın ilk "prezidenti" Robert Köçəryanın bu siyahıda olmaması da təəssüf doğurur. Ümid edək ki, heç olmasa, Ermənistan ona qandal vuracaq", - o bildirib.


Etiketlər:  Markosyan Çox təəssüf Bakı Köçəryanı həbs etmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ