Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2023 14:16
"Ölkədə uşaqlar üçün çox keyfiyyətsiz su qabları satılır".
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu fikirləri deputat Naqif Həmzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında bildirib.
Millət vəkili qeyd edib ki, şəxsən bir neçə mağazada monitorinq aparıb: "Hətta yoxlamaq üçün birini də aldım. İçərisinə doldurulan su 3 gün sonra kəskin iy verməyə başladı, sonra isə göbələk yarandı. Çox xahiş edirəm, buna ciddi nəzarət olunsun. Gömrük də bu işdə fəal olmalıdır. Bizim uşaqlarımız, gələcəyimiz zəhərlənir".