Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beynəlxalq Valyuta Fondundan bədbin proqnoz

Beynəlxalq Valyuta Fondundan bədbin proqnoz

Tarix: 10 Oktyabr 2023 14:24

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadi artımın 2023-cü ildə 3 faiz, gələn il isə 2,9 faiz olacağını proqnozlaşdırır.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki,  BVF-nin Vaşinqtonda təqdim etdiyi dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair hesabatına əsasən xəbər verir ki, Fondun proqnozlarına görə, qlobal artım tempi orta illik ifadədə 2022-ci ildəki 3,5 faizdən 2023-cü ildə 3 faizə, 2024-cü ildə isə 2,9 faizə düşəcək.

Beləliklə, 2024-cü il üzrə qlobal artım proqnozu iyuldakı proqnozla müqayisədə 1 faiz bəndi azaldılıb. Hesabatda qeyd olunur ki, əsas iqtisadiyyatların baza inkişaf trayektoriyalarında daha böyük dəyişikliklər var: ABŞ üçün perspektivlər daha müsbət, Çin və avrozona üçün isə mənfidir. Qlobal iqtisadiyyat son 75 ilin ən böyük şokunu yaşadıqdan 3 il sonra, bölgələr arasında artım templərindəki genişlənən fərqlər fonunda çətinliklərin aradan qaldırılması başa çatmayıb.

BFV ekspertlərinin fikrincə, qlobal iqtisadiyyatda bərpa prosesi bir neçə amil, o cümlədən pandemiyanın uzunmüddətli nəticələri, Rusiyanın Ukraynadakı müharibəsi, habelə geosiyasi parçalanmanın güclənməsi səbəbindən məhdudlaşır.


Etiketlər:  Beynəlxalq Valyuta Fondundan bədbin proqnoz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ