Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xamneyi İsrailin hərbi cəhətdən uduzduğunu düşünür

Xamneyi İsrailin hərbi cəhətdən uduzduğunu düşünür

Tarix: 10 Oktyabr 2023 17:04

İranın ali dini lideri Əli Xamneyi hesab edir ki, Fələstinin radikal HƏMAS hərəkatının döyüşçüləri İsrailə hərbi cəhətdən "dönməz məğlubiyyət"ə uğradıblar.

Milli.Az musavat.com-a istinadən bildirir ki, dini lider bu fikri Fələstin-İsrail münaqişəsinin yeni epizodunu qiymətləndirərkən deyib.

"Belə olan halda, mehr ayının 15-də (7 oktyabr - qeydi) işğalçı sionist rejim (İsrail nəzərdə tutulur - qeydi) həm hərbi, həm də kəşfiyyat baxımından geri dönməz məğlubiyyətə uğradı", - Xamneyi deyib.

"Tasnim" agentliyi dövlət rəhbərindən sitat gətirib. "Hamı məğlubiyyətin qeyri-mümkün olduğunu söyləyirdi" deyən Xamneyi əlavə edib ki,HƏMAS-ın hərəkətləri işğal rejiminin suverenliyinin bəzi əsaslarını məhv edib, onu bərpa etmək o qədər də asan olmayacaq".

Milli.Az


Etiketlər:  Xamneyi İsrailin hərbi cəhətdən uduzduğunu düşünür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ