Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Supernova festivalına hücum necə baş verib? – Sensasiya

Supernova festivalına hücum necə baş verib? – Sensasiya

Tarix: 11 Oktyabr 2023 08:38

Dəhşət başlamazdan əvvəl çəkilmiş son videolar göstərir ki, bu da digər festivallardan fərqlənmir; gənclər sübh çağı rəqs edirlər. Bəzi məlumatlara görə, festivalda dörd minə qədər insan iştirak edib. Görüntülərə baxanda onların əksəriyyətinin 30 yaşdan aşağı olduğu təxmin edilir. Onlar xəlvət bir yerdə rəqs, musiqi, incəsənət və içki vəd edən İsrailin cənubundakı ucqar bir ərazidə Supernova festivalına toplaşmışdılar.

Milli.Az yenisabah-a istinadla bildirir ki, bilet sahiblərinə festival keçiriləcək yerə yaxın, Qəzzadan təxminən 6 km şərqdə, Reim kibbutz-nun (İsraildə kollektiv icma növü - red.) şimalındakı bir bölgəyə getməyi təklif ediblər. Tədbirin təşkilatçıları "birlik və sevgi səyahəti" vəd ediblər.

Yerli vaxtla 07:22-də yüklənən videoda zəif səhər işığında rəqs edən festival iştirakçılarının güldüyünü və çoxlu xoşbəxt simalar əks etdirilir. Ancaq başlarının üstündəki kiçik qara siluetlər gələcək dəhşətin başlanğıcından xəbər verir.

Görünür, onlar İsrail ordusunun Qəzzadan atılan raketlərə qarşı istifadə etdiyi hava hücumundan müdafiə raketlərindən sonra qalan tüstüdür. 

Təsdiqlənmiş video və sosial media yazılarından və üz tanıma texnologiyasından istifadə edərək, BBC Verify (BBC-nin Fakt Yoxlama xidməti) həftəsonu festivalda hadisələrin necə baş verdiyini araşdırıb. Bir şəkildə bəzi festival iştirakçıları başlarının üstündəki qara siluetlərə baxırlar. Digərləri buna məhəl qoymur və rəqs etməyə davam edir.

Qısa müddət sonra paylaşılan başqa bir videoda isə musiqinin dayandığı görünür.

İnsanlar festival ərazisini boşaltmağa başlayır; bəziləri təşviş içində görünür, digərləri gizlənməyə çalışır, bir neçəsi isə ehtiyatsızlıqla çıxışa doğru irəliləyir. Hücumun növbəti mərhələsi Qəzza sərhədinə yaxın başlayır.

"Onlar hər yerdə idilər"

Raketlərin atılması ilə silahlıların gəlişi arasında neçə dəqiqə keçdiyi bəlli deyil, lakin şahidlərin ifadələri hər şeyin çox tez baş verdiyini göstərir. "Raketlər var idi, sonra atmağa başladılar. Müxtəlif istiqamətlərdən gəlirdi və getdikcə daha da gurultulu olurdu", - festivalda masajçı kimi çalışan 31 yaşlı Gilad Karplus BBC-yə deyib.

"İnsanların aşağı endiyini gördüm. Bunu görəndə maşına minib boş əraziyə tərəf getdik".

Bir qadının paylaşdığı İnstagram hekayəsində səmada raketlər və insanların ərazini tərk etməsi əks olunub. "Biz əsas yolu keçdik, lakin bir dəqiqə sonra kimsə qışqırmağa başladı ki, terrorçular atəş açır", - o, izləyicilərinə yazıb.

"Ancaq iki dəqiqə sonra digər istiqamətə gedəndə orada da daha çox terrorçu olduğunu anladıq".

Yaraqlıların festivalın həmin yerdə keçirildiyini bildiyini demək mümkün deyil, amma yəqin ki, onlar musiqinin səssiz kənddə əks-səda verdiyini eşidiblərmiş.

Ərazini təsadüfən tapıb-tapmadıqlarından asıılı olmayaraq, onların öldürməyə hazır olduğunu demək olar.

Gili Yoskoviç həftəsonu BBC-yə deyib ki, o, yaraqlıların "hər yerdə avtomat silah gəzdirdiyini" və furqondan daha çox silah boşaldıldığını eşidib.

Bütün məlumatlar onu göstərir ki, festivalın keçirildiyi ərazi səmərəli şəkildə mühasirəyə alınmış və əraziyə daxil olan və çıxan yollar bağlı olub.

Festival iştirakçıları hər tərəfə qaçırdılar, lakin bəziləri hələ də silahlıların əhatəsində idi.

İsrail ordusunda xidmət etmiş Gilad deyir: "Biz onların yolu bağlayacağını gözləyirdik. Yollarda çoxlu insanın həlak olduğundan əminəm".

"Biz boş yerə girdik və onlardan gizlənməyə çalışdıq. Sonra biz ərazinin bir az dərinliyinə çəkildik və onlar müxtəlif yerlərdən snayper tüfənglərindən və ağır artilleriyadan bizə atəş açmağa başladılar", - Gilad deyib.

Gilad təhlükəsiz olduğunu umduğu yerə doğru gedərkən bir İsrail hərbi maşını görüb.

"Biz yavaş-yavaş ona tərəf getdik və çatanda gördük ki, tank əleyhinə raket və ya buna bənzər bir şeylə vurulub", - o deyib.

İçəridə heç bir əsgər yox idi.

Qətliam kameraya düşüb

Bəziləri tarlalara və səhralara qaçdığı zaman, yaraqlılar festival ərazisində gəzir, sistematik olaraq rastlarına çıxan hər kəsi öldürürdülər.

Avtomobillərin birində qurulmuş kameradan saat 09:23-də çəkilən görüntülərdə silahlı hücum edənlərdən üçünün qırğında iştirak etdiyi görünür.

Görüntünün ilk kadrında avtomobilin yanında qıvrılmış hərəkətsiz bir insan görünür.

Daha sonra avtomat silahı olan yaraqlının qana bulanmış kişiyə yerə uzanmağı əmr etdiyi, köynəyinin arxasından tutub kameranın obyektindən çıxdığı görünür. Onun sağ qalıb-qalmadığı məlum deyil.

Bir neçə saniyə keçmiş kadrda başqa bir silahlı peyda olur və yaxın məsafədən onun başına atəş açır və uzaqlaşır.

Və sonra maşının yanındakı adam tərpənir. Özünü ölü kimi göstərən adam hərəkət edir. O, ətrafda kiminsə olub-olmadığını görmək üçün başını qaldırır.

Bu, son dərəcə təhlükəli səhvdir.

Bir neçə saniyə keçmiş kadrda başqa bir silahlı peyda olur və yaxın məsafədən onun başına atəş açır və uzaqlaşır.

Eyni təsvirin sonrakı hissəsində bir qrup kişi görünür. Yalnız biri silahlıdır; görünür, ora talan etmək üçün gəliblər. Maşının yanındakı meyitin ciblərini axtarıb, yaxında dayanan digər avtomobildəki çemodanı açdıqları görünür. Ancaq onlar tək çemodan tapmırlar. Maşında gizlənən iki nəfəri - bir kişi və bir qadını - görüb özləriylə aparırlar.

Gətirilən qadın iki dəqiqə sonra yenidən kameranın obyektində peyda olur. O tullanır və qollarını havaya atır. O, yardımın yaxın olduğunu düşünür; bu arada İsrail Müdafiə Qüvvələri hücumu dəf etmək üçün əməliyyata başlayıb. Lakin bir neçə saniyə sonra güllələrin ətrafa səpildiyi və qadının yerə yıxıldığı görünür. Onun sağ qalıb-qalmadığı bilinmir.

BBC görüntüləri təhlil edib və üz tanıma texnologiyasından istifadə edərək silahlı şəxslərin fotoşəkillərini araşdırıb.

Sifətlərdən biri Qəzzanın Nüseyrat bələdiyyəsinin saytında tapılan polis geyimində olan kişinin görüntüləri ilə üst-üstə düşür.

Biz onları Amazon Rekognition proqramı vasitəsilə müqayisə etdik və 94-97 faiz oxşarlıq müəyyən etdik (baxmayaraq ki, bəzi fəallar üz tanıma texnologiyalarında agdərili olmayan insanların üzlərinin səhvən müəyyən edilə biləcəyindən ehtiyatlanırlar).

Bu vəhşi səhnələr bütün festival ərazisində dəfələrlə təkrarlanıb.

"Zaka" axtarış-xilasetmə agentliyinin məlumatına görə, bu ərazidən 260-dan çox cəsəd çıxarılıb.

Telefon və dron görüntüləri Həmas hücumunun miqyasını əks etdirir; güllələrdən yayına bilməyən maşınlarla dolu yollar...

Festival ərazisindən gələn ən şokedici videolardan biri sosial mediada Noa Argamani kimi tanınan qadına məxsusdur. Həmas-ın sosial mediada paylaşdığı görüntülərdə onun yaraqlıların motosikletinin arxa oturacağında ağlayaraq və qışqıraraq əsir düşən kişiyə tərəf əlini uzatdığı görünür. Kişi aparılan qadının arxasınca baxır.

Milli.Az


Etiketlər:  Supernova festivalına hücum necə baş verib Sensasiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ