Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski: Ukrayna müharibənin son mərhələsindədir

Zelenski: Ukrayna müharibənin son mərhələsindədir

Tarix: 11 Oktyabr 2023 19:20

Prezident Vladimir Zelenski yeni prezidentlik müddətinə namizədliyini Ukraynadakı müharibə ilə əlaqələndirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, o, bu barədə Rumıniyanın "Digi24.ro" nəşrinə müsahibəsində deyib.

Zelenski qeyd edib ki, müharibə davam edərsə, ikinci müddətə gedəcək, bitsə, bunu etməyəcək: "Müharibə zamanı qaça bilmirəm".

O, bu müharibənin nə vaxt bitəcəyini bilmədiyini vurğulayıb:

"Ola bilsin ki, indi müharibənin son mərhələsidir. Sizə dəqiq tarixi deyə bilmərəm, məncə, heç kim deyə bilməz. Bilirəm ki, əks-hücuma gedirik, Rusiya bizim ərazilərimizi tərk edəcək. Düşünürəm ki, nə vaxt olduğunu bilirəm, amma sizə deyə bilmərəm. Bu, müharibənin son mərhələsidir. Birinci mərhələ işğal, ardınca hücumu dayandırmaq və təşəbbüsü öz əlinə almaq idi. Məncə son hissədəyik. Qorxularımız çoxdur: pul, silah... Amma biz son hissədəyik, ən çətinindəyik".

Milli.Az


Etiketlər:  Zelenski Ukrayna müharibənin son mərhələsindədir


RƏYLƏR