Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2023 00:00
Türkiyəli məşhur müğənni Hakan Peker ölkəsində gələn il keçiriləcək bələdiyyə seçkilərində namizəd olacaq.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu KİV-ləri məlumat yayıb.
Mahir ifaçının Karabük vilayətinin Safranbolu bələdiyyəsinin sədrliyi uğrunda yarışacağı bildirilir.
Qeyd edək ki, H.Peker Türkiyənin əsas müxalifət partiyalarından sayılan İYİ Partiyanın vahid namizədi kimi seçki mübarizəsinə qoşulacaq.
Türkiyə mətbuatının yazdığına görə, 2024-cü il martın 31-də keçiriləcək bələdiyyə seçkilərində digər tanınmış simaların da namizəd olacağı gözlənilir.