Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniya İsrailə “Heron” pilotsuz döyüş təyyarələri verəcək

Almaniya İsrailə “Heron” pilotsuz döyüş təyyarələri verəcək

Tarix: 12 Oktyabr 2023 07:56

Almaniya İsrailə iki ədəd "Heron" pilotsuz döyüş təyyarəsi verəcək.

"Report"un məlumatına görə, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.

Qeyd edilir ki, İsrail bununla bağlı həftəsonu Almaniyaya müvafiq sorğu göndərib. Müdafiə naziri Boris Pistorius bu gün tədarükə icazə verib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1 200-ü keçib, 2 500-ə yaxın insan yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Milli.Az


Etiketlər:  Almaniya İsrailə Heron pilotsuz döyüş təyyarələri verəcək


RƏYLƏR