Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2023 07:00
Aktrisa Pərvin Abıyeva növbəti qalmaqallı açıqlaması ilə gündəmə səs salıb.
Sonxeber.net bizim media-ya istinadla xəbər verir ki, Pərvin qonaq olduğu "Qapqara" verilişində şəxsi həyatından söz açıb.
Abıyeva bildirib ki, nə oğluna, nə də ki, qardaşına özü kimi qızı almaz:
"Mənə sual verəndə ki, "Özün kimi qızı oğluna və ya qardaşına alarsan?" Yox, deyə cavab verirəm. Bu mövzuda valideynləri qınamaq olmur. Çünki mənim üzüm üzlər görüb. Həyatımda nələr görmüşəm, yaşamışam, bilmişəm, eşitmişəm...
Haqqımda bu qədər xəbərlər çıxır. Yalan-yanlış, doğru, fərqi yoxdur. İstər-istəməz ana da, ata da baxır... Düşünür ki, mən bunu sabah gəlin edəndə, qohum-əqraba mənə nələr deyəcək. Özünü də düşünmür, "nə deyəcəklər?" söhbəti var".