Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2023 22:44
"Kimyaterapiya alan xəstələr xüsusilə qreypfrut yeməməlidirlər".
Saglamolun.az xəbər verir ki, bu sözləri türkiyəli professor Şener Cihan döş xərçəngi riski və ya bu xəstəliyi olanların qidalanma rejimi ilə bağlı danışarkən bildirib.
Şener Cihan bu xəstəlikdə qidalanmanın böyük əhəmiyyəti olduğunu vurğulayıb.
Onun sözlərinə görə, klassik Aralıq dənizi tipli qidalanma bütün xərçəng xəstəliklərinə qarşı qoruyucu xarakter daşıyır.
"Kimyaterapiya alan xəstələr xüsusilə qreypfrut yeməməlidirlər. Bu meyvə kimyaterapiyanın effektivliyini azalda bilər. Xəstəliyin müşahidə altında olduğu müddətdə, xüsusilə estrogen hormonuna həssas şişləri olanlar, estrogenlə zəngin olan kətan toxumu və soya məhsullarından uzaq durmalıdırlar", - deyə Şener Cihan əlavə edib.