Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suriyadan İsrailə raket atılıb

Suriyadan İsrailə raket atılıb

Tarix: 15 Oktyabr 2023 10:38

İsrail ordusu yaşayış olmayan ərazisinə Suriyadan raket atıldığını aşkarlayıb, xəsarət alan olmayıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

"Sirenlərin xəbərdarlığından sonra Suriyadan İsrail ərazisinə doğru iki raket atılıb və açıq ərazilərə düşüb", - məlumatda deyilir.

Bundan əvvəl İsrailin Aşkelon şəhərində sirenlərin səsləndiyi bildirilib. Oktyabrın 12-də axşam İsrailin şimalında Livanla sərhədə yaxın ərazidə əhaliyə mümkün hava hücumu barədə xəbərdarlıq siqnalları səslənib.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bildirib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir Qılınclar" adlanır.


Etiketlər:  Suriyadan İsrailə raket atılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ