Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin Ceyhan limanının qəbul etdiyi gəmilərin sayı açıqlandı

Türkiyənin Ceyhan limanının qəbul etdiyi gəmilərin sayı açıqlandı

Tarix: 16 Oktyabr 2023 11:38

2023-cü ilin yanvar-sentyabr aylarında Ceyhan limanı 939 gəmi qəbul edib.

Milli.Az bildirir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Vurğulanıb ki, qeyd edilən müddət ərzində Ceyhan limanı Türkiyə bayrağı altında üzən 82, digər ölkələrin bayraqları altında üzən 857 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin sentyabr ayında Türkiyə limanları 5 min 480 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 601, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 879 olub.

2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 45 min 603 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında üzən gəmilər 31 min 60, Türkiyə bayrağı altında üzən gəmilər isə 14 min 543 olub.

Milli.Az


Etiketlər:  Türkiyənin Ceyhan limanının qəbul etdiyi gəmilərin sayı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ