Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2023 19:46
"Fələstinlilərin əziyyət çəkməsi HƏMAS-ı narahat etmir".
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken "X" hesabında yazıb.
O, son bir neçə gün ərzində İsrail, İordaniya, Bəhreyn, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı və Misirə səfər etdiyini xatırladıb: "Hər bir tərəfdaş münaqişənin yayılmasının qarşısını almaq, günahsız insanların həyatını qorumaq və Qəzzada ehtiyacı olanlara yardım göstərmək üçün ortaq fikirdədir. Biz İsrailin yanındayıq. ABŞ Qəzza əhalisinin təhlükədən xilas olmasını və ehtiyac duyduqları yardımların (qida, su, dərman) daxil olmasını təmin etmək üçün fəal şəkildə çalışır. Fələstinlilərin əziyyət çəkməsi HƏMAS-ı narahat etmir".