Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Günlərlə sevgilisini evə bağlayıb, döyürmüş - məşhur musiqiçi ilə bağlı şok iddia - FOTOlar

Günlərlə sevgilisini evə bağlayıb, döyürmüş - məşhur musiqiçi ilə bağlı şok iddia - FOTOlar

Tarix: 16 Oktyabr 2023 21:02

"Yüzyüzeyken Konuşuruz" və "Eskiz" qruplarının gitara ifaçısı Can Tunaboylunun sevgilisinə qarşı zorakılıq tətbiq etdiyi və onu günlərlə evə qapadığı iddia edilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sevgilisi göyərmiş üzünü paylaşdıqdan sonra açıqlama verən Tunaboylu məsələnin məhkəməyə götürüldüyü zaman susacağını bildirib.

İnstaqram hesabındakı paylaşımda sevgilisi Can Tunaboylu tərəfindən zorakılığa məruz qaldığını iddia edən Aybike Çelik "Dostlar, avqustun 3-nə keçən gecə keçmiş sevgilim tərəfindən ağır döyüldüm. Evdə saxlanıldım. 13 gündür ki, qolu sınmış və gözü qaraşəkildə evdə tutuldum". Tunaboylunun komandasına başına gələnləri danışmaq istəsə də heç kim ona məhəl qoymayıb.

Çelikin iddialarından sonra susqunluğunu pozan gitara ifaçısı Can Tunaboylu hadisənin məhkəməyə gətirildiyini bildirib və bu isözlərdən istifadə edib:

"Dəyərli dinləyicilərim və izləyicilərim, belə bir hadisə ilə gündəmə gətirildiyimə görə çox üzgünəm. Təəssüflər olsun ki, bir çox həqiqətə uyğun olmayan ifadələrin yer aldığı bu bəyanat qarşısında məsələ artıq qarşılıqlı şəkildə məhkəməyə verilib, istintaqın məxfiliyinə xələl gətirməmək üçün hələlik susuram. Ancaq bircə onu qeyd etmək istəyirəm ki, məhkəmə prosesi yekunlaşdıqda faktların deyilənlərdən çox fərqli olduğu bütün sübutlarla üzə çıxacaq və hörmətlə xatırlatmaq istəyirəm ki, böhtan atmaq da cinayətdir. Zorakılığa məruz qalmış qadınların haqlı mübarizəsindən sui-istifadə edən bir işin subyektlərindən biri olduğum üçün böyük kədər hissi keçirirəm. Sonda nəzərinizə çatdırım ki, məhkəmə prosesi yekunlaşana və mənə qarşı atılan böhtanlar yekunlaşana qədər qrup yoldaşlarıma və bizimlə çalışan dəyərli kollektivə zərər verməmək üçün bir müddət dincəlmək qərarına gəldim."

Fidan
Milli.Az


Etiketlər:  Günlərlə sevgilisini evə bağlayıb döyürmüş məşhur musiqiçi ilə bağlı şok iddia FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ