Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Brüsseldə Belçika-İsveç matçı öncəsi atışma olub, iki azarkeş ölüb - VİDEO - YENİLƏNİB

Brüsseldə Belçika-İsveç matçı öncəsi atışma olub, iki azarkeş ölüb - VİDEO - YENİLƏNİB

Tarix: 16 Oktyabr 2023 23:46

AVRO 2024-ün Belçika-İsveç futbol matçı öncəsi paytaxt Brüsseldə atışma olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Euronews" məlumat yayıb.

Hücumdan əvvəl hadisəni törədən şəxs özünü İŞİD üzvü adlandırıb və bu yolla müsəlmanların qisasını alacağını bildirib.

İlkin məlumata görə, silahlı şəxs Kalaşnikov avtomatından atəş açıb.

Ölənlər isə İsveç millisinin formasında olublar.

Hücum edən şəxs skuterlə hadisə yerindən qaça bilib və hazırda onun axtarışı aparılır.

Bu dəqiqələrdə Brüsseldə iki komanda arasında oyun keçirilir. Hesab 1:0 İsveç millisinin xeyrinədir.

Xatırladaq ki, bu komandaların olduğu F qrupunda Azərbaycan millisi də çıxış edir.

-------

23:36

Belçikanın paytaxtında terror aktı törədilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə AFP məlumat yayıb.

Qeyd olunub ki, naməlum şəxs avtomatla iki nəfər İsveç vətəndaşını öldürüb.

Polis münaqişənin səbəblərini araşdırır.

Milli.Az


Etiketlər:  Brüsseldə Belçika İsveç matçı öncəsi atışma olub iki azarkeş ölüb VİDEO YENİLƏNİB


RƏYLƏR