Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Akrobatlarımızdan Avropa Çempionatında daha bir medal

Akrobatlarımızdan Avropa Çempionatında daha bir medal

Tarix: 1 Noyabr 2019 14:16

Bakı. Trend:

Akrobatika gimnastikası üzrə İsrailin Holon şəhərində keçirilən Avropa Çempionatında yığma komandanın üzvləri medallar qazanmağa davam edirlər.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışların ikinci günündə növbəti medal xəbəri qarışıq cütlük tərkibində böyüklər yaş qrupunda çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan gəldi. Balans hərəktələri üzrə final çıxışlarına görə 28.130 xal alan gimnastlar bürünc medala layiq görülüblər.

Bu gün böyüklər arasında çıxış edən Seymur Cəfərov və Murad Əkpərovdan ibarət kişi cütlüyü isə temp hərəkətlərinin finalında 6-cı yerdə qərarlaşıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Akrobatlarımızdan Avropa Çempionatında daha medal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ