Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2023 07:50
HƏMAS 7 oktyabr hücumunda əsir götürdüyü girovları İsrail həbsxanalarında saxlanılan 6 min fələstinli ilə dəyişmək niyyətindədir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu HƏMAS-ın xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Meşal deyib.
"Sionist (İsrail - red.) həbsxanalarında 6 min fələstinli kişi və qadın var ki, biz onları israilli əsirlərlə dəyişmək istəyirik", - o bildirib.
Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadasının sözçüsü Əbu Ubeydə əllərində 200-250 girov olduğunu açıqlayıb.
İsrail Müdafiə Ordusunun nümayəndəsi Daniel Haqari isə HƏMAS-ın 199 nəfəri girov saxladığını bildirib.