Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saçlarını boyayan qadın kor oldu

Saçlarını boyayan qadın kor oldu

Tarix: 17 Oktyabr 2023 08:02

İngiltərə sakini, 49 yaşlı Şafran Vil saçlarını boyadıqdan sonra bir neçə günlük görmə qabiliyyətini itirib. Qadının yüzlərlə dəfə istifadə etdiyi boyaya qarşı allergiyaya görə kor olub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Vil həmişə eyni boyadan istifadə edib. Sonuncu prosedurdan sonra qadının səhhətində problemlər yaranıb - onun üzü və gözləri şişib. Daha sonra tibb işçiləri ona allergiyasının olduğu barədə məlumat veriblər, daha sonra dərisinə dərman məlhəmi çəkiblər və antihistamin preparatla müalicə kursu təyin ediblər.

"10 gün ərzində başım ağrıyırdı, şişkinliyin keçməsi üçün təxmini bu qədər vaxt keçməli olub. Səhər yeməyində nə yediyimi belə bilmirdim, çünki sadəcə onu görə bilmirdim", - deyə britaniyalı qadın bildirib.


Etiketlər:  Saçlarını boyayan qadın oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ