Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2019 15:06
Bakı. Trend:
PAŞA Bank POS-terminal sahiblərinə sərfəli şərtlər ilə biznes kredit xətti təklif edir.
Bu kredit xəttindən POS-terminal, E-com, SMART Kassa istifadəçisi olan PAŞA Bank müştəriləri yararlana bilər.
Kredit xəttinin əsas məqsədi gündəlik əməliyyatlar üçün dövriyyə kapitalını təmin edərək satışları artırmağa kömək etməkdir.
Kiçik və orta sahibkarlar kredit vəsaitini cəmi 3 iş günü ərzində banka getmədən əldə edə bilərlər. Kreditin üstünlüklərindən biri də 50 000 AZN-dək vəsaitin girovsuz əldə etmək imkanının olmasıdır. Bankın POS-terminallarından istifadə edən müştərilər dövriyyələrindən asılı olaraq 150 000 AZN-dək vəsait əldə edə bilərlər. Kredit xətti 12 aya qədər müddətə verilir.
POS Kredit xətti ilə əldə edilən vəsait müəssisənin pul axınını optimallaşdırmağa, gündəlik əməliyyatları həyata keçirməyə və biznesi genişləndirməyə imkan yaradır.
POS Kredit xəttinin əsas üstünlükləri minimal məlumat və sənəd tələbinin olması, sürətli icra olunması və krediti əldə etmək üçün banka getməyə ehtiyac olmamasıdır.
Linkə keçid edərək daha ətraflı məlumat əldə etmək mümkündür: https://www.pashabank.az/sme_banking/az/pos_terminal_business_credit_campaign
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin