Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fələstini dəstəkləməsi İsrail hökumətini qəzəbləndirdi - FOTO

Fələstini dəstəkləməsi İsrail hökumətini qəzəbləndirdi - FOTO

Tarix: 17 Oktyabr 2023 23:40

Fələstin-holland əsilli amerikalı məşhur model Cici Hadidin ötən həftə Fələstin-İsrail münaqişəsi ilə bağlı paylaşımı müzakirələrə səbəb olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, modelin İsraildə baş verənləri Fələstin xalqı ilə əlaqələndirmək istəmədiyini, terrorun onların azadlıq hərəkatına uyğun olmadığını bildirməsi sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

İsrail hökuməti Cicini antisemitizmdə (yəhudi düşmənçiliyi - red.) ittiham edib. Modelin bəyanatından bir neçə gün sonra İsrail hökumətinin rəsmi hesabında ona cavab ünvanlanıb:

"Keçən həftə yatmışdınız? Yəhudi uşaqların evlərində qətlinə göz yumdunuz. Səssizliyiniz mövqeyinizi göstərir. Sizi görürük".

Qeyd edək ki, Cicinin bacısı Bella Hadid və atası Məhəmməd də Fələstini dəstəklədiklərini ifadə edən paylaşımlar yayımlayıb.

Milli.Az


Etiketlər:  Fələstini dəstəkləməsi İsrail hökumətini qəzəbləndirdi FOTO


RƏYLƏR