Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alimlər xroniki yuxu çatışmazlığı bunlara səbəb olur

Alimlər xroniki yuxu çatışmazlığı bunlara səbəb olur

Tarix: 18 Oktyabr 2023 05:45

Kolumbiya Universitetinin alimləri müəyyən ediblər ki, xroniki yuxu çatışmazlığı damarların iltihabına səbəb ola bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.

Bir çox insan tövsiyə olunan yeddi-səkkiz saat əvəzinə beş-altı saat yatır. Tədqiqatçılar müəyyən ediblər ki, hətta cüzi yuxu çatışmazlığı da damar sağlamlığına mənfi təsir göstərə bilər. Yuxu çatışmazlığı beş və ya altı həftə davam edərsə, endotel hüceyrələri (qan damarlarının divarları) oksidləşdirici maddələrlə dolur. Kifayət qədər dincəlməyən hüceyrələr bu prosesi dayandırmaq üçün antioksidant reaksiyaları işə sala bilmirlər.

Endotel iltihablı olduğu üçün ürək-damar xəstəlikləri riski artır. Bunlara hipertoniya, insult və kardioskleroz aiddir.

Tədqiqatçılar öz fərziyyələrini təsdiqləmək üçün minlərlə qadının iştirakı ilə eksperiment aparıblar. Təcrübənin birinci mərhələsində iştirakçılar adi iş rejiminə uyğun olaraq yatmağa gediblər. İkinci mərhələdə tədqiq edilənlər həmişəkindən saat yarım gec yuxuya gediblər. Hər bir iştirakçının yuxusu treker-qolbaq vasitəsilə izlənilib.

Məlum olub ki, yuxusuzluq əslində hüceyrə zədələnməsinə gətirib çıxaran oksidləşdirici stresə səbəb olur. Alimlər tədqiq edilən şəxslərin qanında oksidləşməni dayandırmağa kömək edən DCUN1D3 endotel zülalının ekspressiyasının azaldığını müəyyən ediblər.

Milli.Az


Etiketlər:  Alimlər xroniki yuxu çatışmazlığı bunlara səbəb olur


RƏYLƏR