Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ata oğlunu öldürüb, meyitini parçaladı

Ata oğlunu öldürüb, meyitini parçaladı

Tarix: 18 Oktyabr 2023 22:44

Rusiya Federasiyasının Leninqrad vilayətinin Vıborq rayonunda 63 yaşlı təqaüdçü oğlunu öldürüb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, oktyabrın 18-nə keçən gecə Veşçevo kəndində təqaüdçü və onun 30 yaşlı oğlu ad gününü qeyd edərkən birlikdə içki içiblər.

Münaqişə zamanı ata oğlunu dörd bıçaq zərbəsi ilə öldürüb.

Sonra kişi vanna otağında meyiti parçalayıb.

Cəsədin hissələrini torbalara yığıb, maşına yükləyib və oğlunun qalıqlarını Perovka çayı üzərindəki körpüdən atıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədəni elə həmin gün saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  oğlunu öldürüb meyitini parçaladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ