Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Smartfonda barmaq izləri skanerinə 20 dəqiqə ərzində müdaxilə edilib

Smartfonda barmaq izləri skanerinə 20 dəqiqə ərzində müdaxilə edilib

Tarix: 1 Noyabr 2019 16:16

“Tencent Security X-Lab” şirkətinin mütəxəssislər komandası Çində keçirilmiş tədbirdə barmaq izləri skaneri vasitəsilə smartfona müdaxilə üsulunu nümayiş etdirib. Bu prosesə 20 dəqiqə vaxt sərf edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, mütəxəssislərdən biri, sadəcə, stəkanda qalmış barmaq izlərini smartfona quraşdırılmış tətbiqin köməyilə skan edib. Bundan sonra o, 20 dəqiqə ərzində barmaq izlərinin fiziki surətini hazırlayıb və qurğudakı skaneri aldatmağa nail olub.

 

Ekspertlərin məlumatına görə, hücum üçün lazımi aparat təminatının qiyməti təxminən 140 dollardır.

 

Emil Hüseynov




Etiketlər:  Smartfonda barmaq izləri skanerinə dəqiqə ərzində müdaxilə edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ