Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2023 23:46
Amerikalı sürücü sürət həddini 56 km/saat aşdığı üçün 1,4 milyon dollar cərimələnib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə Amerikanın "The People" jurnalı yazıb.
Belə cəriməni ABŞ-nin Corciya ştatının Savanna şəhərindən olan Konnor Kato alıb.
"Siz ya qəbzdə göstərilən məbləği ödəməlisiniz, ya da məhkəməyə gəlməlisiniz", - deyə qəbzdə qeyd olunub.
Sonradan məlum oldu ki, külli miqdarda cərimə sadəcə olaraq sürücünü məhkəməyə çəkmək üçün hiylədir.
Qanuna görə, sürət həddini aşmağa görə cərimə 1000 dollardan çox ola bilməz.