Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Rokki"nin aktyoru vəfat etdi

Tarix: 19 Oktyabr 2023 09:04

Amerikalı aktyor Bert Yanq 83 yaşında vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

"Oktyabrın 8-də Los-Ancelesdə vəfat edib. Onun 83 yaşı olub", - nəşr qeyd edib.

Qeyd edək ki, birinci növbədə "Rokki" filmindəki Polli Pennino personajını canlandırması ilə tanınan aktyor "Oskar" mükafatına namizəd olub. Həmçinin onun məşhur işlərindən bəziləri "Çin məhəlləsi" və "Bir zamanlar Amerikada" filmləridir.

Milli.Az


Etiketlər:  Rokkinin aktyoru vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ