Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur aktrisaya inəyin orqanını köçürdülər

Məşhur aktrisaya inəyin orqanını köçürdülər

Tarix: 20 Oktyabr 2023 08:06

"Harri Potter" filmində professor Sprout obrazını canlandıran məşhur britaniyalı aktrisa Miriam Margolyesin səhhətində ciddi problemlər yaranıb.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, 82 yaşlı aktrisanın ürəyində problemlər yarandığı üçün təcili əməliyyata alınıb.  

Miriam əməliyyatı ilə bağlı tükürpədici açıqlama verib. Margolyes etiraf edib ki, o, minimal invaziv üsulla, yəni kəsiksiz inəkdən ürək qapağı transplantasiyası əməliyyatı keçirib. 

"İndi məndə inək ürəyi var. Bütün ürək deyil, mənim aorta qapağım inəyin aorta qapağı ilə əvəz olunub", - deyə aktyor vurğulayıb.  Cərrahi müdaxilənin olduqca nadir və qeyri-adi olması Miriamı qətiyyən narahat etmir, onun üçün əməliyyatın bədəndə çoxlu kəsiklər olmadan baş tutması daha vacib olub.  

Yerli KİV-lərdə qeyd edilib ki, hazırda ekranların professor Stebli özünü yaxşı hiss edir, lakin səhhətindəki problemlərə görə, ölüm haqqında əvvəlkindən daha çox düşünməyə başlayıb.

Milli.Az


Etiketlər:  Məşhur aktrisaya inəyin orqanını köçürdülər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ