Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2023 21:18
Polşa Prezidenti Andjey Duda Polşa Xalq Respublikasının (PXR) mövcud olduğu dövrdə seçkilərdə səs verən vətəndaşları "donuz" adlandırıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, o bu barədə ölkəsində bir neçə gün əvvəl keçirilən parlament seçkisinin nəticələri haqqında danışarkən deyib.
"Keçirilən son seçki göstərdi ki, ölkədə artıq demokratiya kök salıb, Polşa isə 1989-cu ildən bəri çox yetkinləşib", - deyə Andjey Duda bildirib.
Onun sözlərinə görə, Polşa Xalq Respublikasının zamanı baş verənlərin absurdluğunu dərk edən vətəndaşlar seçkiyə getməyib, seçici fəallığı saxtakarlıq yolu ilə şişirilib, reallıqda isə seçki məntəqələri boş olub.
Polşa prezidenti söyləyib ki, bazar günü keçirilən seçkidə seçicilər səs vermək üçün növbəyə düzülüb və seçki məntəqələri bəzi hallarda iş saatlarını uzatmalı olublar.
Məlumat üçün əlavə edək ki, Polşada keçirilən parlament seçkisində hakim "Hüquq və Ədalət" partiyası 35,38 faiz səslə birinci yeri tutub. İkinci yeri 30,70% səs toplayan müxalif "Vətəndaş koalisiyası" tutub.