Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2023 08:32
İsrail Qəzzanı Fələstin Milli Administrasiyasına verməyə hazırlaşmır.
Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, bu barədə "Tayms of İsrail" məlumat yayıb.
"Baş nazir Netanyahu hədəfi müəyyən edib: HƏMAS-ın ləğvi... İsrailin Qəzzanı Fələstin Muxtariyyətinə, yaxud digər tərəfə verməyə hazırlaşması ilə bağlı yayılan məlumatlar cəfəngiyyatdır", - deyə bildirilib.
Qeyd edilir ki, bundan öncə bəzi İsrail KİV-lərində İsrailin HƏMAS-ı məhv etməsindən sonra Qəzza anklavının Fələstin idarəçiliyinə veriləcəyi yönündə məlumatlar yayılmışdı.