Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Atamın komandasına bundan sonra da dəstək olacağam'' - Bəhlul Mustafazadə

''Atamın komandasına bundan sonra da dəstək olacağam'' - Bəhlul Mustafazadə

Tarix: 21 Oktyabr 2023 11:22

"Qarabağ" "Bayer Leverkuzen"lə səfər oyunu ərəfəsində Azərbaycan Premyer Liqasında "Turan Tovuz"la qarşılaşdı. Ötən gün Tovuzda baş tutan matç son çempion üçün ağır keçdi. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda məhsuldar alınan matçda xal itkisinə məruz qaldı (2:2). 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın əsas heyət oyunçusu olan, ancaq zədə səbəbindən son oyunlara çıxmayan Bəhlul Mustafazadə müsahibə verib. Mərkəz müdafiəçisi zədə ilə bağlı durumu və digər sualları cavablayıb. 

- İlk öncə oyunla bağlı fikirlərini bilmək istərdim. Matç kənardan necə görünürdü? 

- Hər iki komanda üçün gərgin keçən oyun oldu. Həm bizim, həm də "Turan Tovuz"un əlverişli qol imkanları oldu. Hər iki komanda müəyyən epizodlarda qol vurmağa və qalib gəlməyə yaxın idi. Son dəqiqədə qol buraxıb qələbədən məhrum olmağımıza çox üzüldük. Amma bir xal da bir xaldı. 

- Bu xal itkisi bir neçə gün sonra avrokubok matçına çıxacaq komandanın motivasiyasını korlaya bilərmi? 

- İnanmıram. Çünki elə bu mövsüm oyunlar olub ki, çempionatda xal itirmişik, amma avrokubokda qələbə qazanıb mərhələ adlamışıq. Məlumdu ki, Tovuz səfəri hamı üçün ağır keçir. Bu gün xal itirdik, amma hələ çempionatın dörddə üç hissəsi irəlidədir.  

- Zədən nə yerdədir? 

- Zədəm demək olar, artıq sağalıb. Bir neçə gündü komandaya qoşulmuşam, məşqlərə davam edirəm. 

- Belə çıxır, bu gün süni örtük amilinə görə oymamadın? 

- Məşqçilərin bu gün məni meydana buraxmamasını Tovuz stadionunin süni örtüklü olması ilə əlaqələndirə bilmərəm. Yaxşısını məşqçimiz bilir. Mən özümü hazır bilirəm. 

- Qarşıda sizi Almaniya səfəri gözləyir. Avropa Liqasında qrup liderliyi baxımından vacib oyundan nə gözləmək olar? 

- Təbii ki, "Bayer"lə oyun asan olmayacaq. Amma biz ora məğlub olmağa getmirik. Oyun göstərib sərfəli nəticə qazanmağa çalışacağıq. Buna nə qədər nail ola bilib-bilməyəcəyimizi zaman göstərəcək. 

- Bildiyimizə görə, 
İmişlinin "Kür-Araz" komandasına forma və buts hədiyyə etmisən. Hansı ki, "Kür-Araz"ı məhz atan Ələmdar müəllim çalışdırır. 

- Düz eşitmisiz, ancaq bu barədə ətraflı danışmaq istəmirəm. Atam o komandanın baş məşqçisi olmasaydı belə, yenə kömək edərdim. Bundan sonra da əlimdən gəldiyi qədər dəstək olacağam. Amma bunu reklam etmək fikrində deyiləm. 

Milli.Az


Etiketlər:  Atamın komandasına bundan sonra dəstək olacağam Bəhlul Mustafazadə


RƏYLƏR