Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şolts yəhudi baş geyimində görüntüləndi - FOTO

Şolts yəhudi baş geyimində görüntüləndi - FOTO

Tarix: 22 Oktyabr 2023 20:36

Almaniya kansleri Olaf Şolts Dessau şəhərində yeni sinaqoqun açılışına yəhudi kipası taxaraq gəlib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, foto onun "X" sosial şəbəkəsindəki səhifəsində yayımlanıb.

O yazıb ki, hakimiyyət sinaqoqun dağıdılmasından 85 il sonra boşluqları doldurur.

"Yəhudilərin həyatı Almaniyanın bir hissəsi olub və belə olaraq da qalır", - kansler qeyd edib.

O, Almaniyada antisemitizmə və nifrətin qızışdırılmasına yer olmadığını və Almaniyanın "hər yerdə və həmişə" yəhudilərin həyatını qoruyacağını vurğulayıb.


Etiketlər:  Şolts yəhudi baş geyimində görüntüləndi FOTO


RƏYLƏR