Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2023 00:30
Sitrus bitkilərinə aid olan limonun insan orqanizmi üçün saydıqca bitməyən faydaları var.
Sonxeber.net yenicag.az-a istinadən xəbər verir ki, limondan sağlamlıqdan tutmuş, ev təmizliyinə qədər müxtılif hallarda istifadəsinin mümkünlüyü praktikada geniş yayılıb.
Təbii antibiotik olan, həm də bitki tərkibli təmizlik vasitəsi kimi istifadə edilən limonun bir sıra faydalarını paylaşırıq:
Təbii antiperspirant
Tər qoxusu bir çox insanın problemidir. Həm insanın özünə, həm də ətrafa xoş təsir bağışlamayan bu qoxunu limon vasitəsilə aradan qaldırmaq mümkündür. Duş qəbul etdikdən sonra qoltuq altınıza limon sürtsəniz, tər qoxusundan əsər-əlamət qalmayacaq. Çünki limonun tərkibində olan turşu qoltuq altındakı bakteriyaları məhv edir.
Qrip əleyhinə vasitə
Mövsüm dəyişəndə və qış aylarında insanların daha çox qarşılaşdığı problem qrip virusudur. Virusdan azad olmaq üçün hər vasitəyə əl atırıq. Limonun möcüzəvi təsiri burada da özünü göstərir. Belə ki, limonu iki yerə bölüb topuqlarınıza çəksəniz, qripdən daha tez azad olacaqsınız.
Pas ləkələrinə limonla son
Limonun digər faydası pas ləkələrini təmizləməyidir. Kimyəvi təmizlik vasitələrinə xeyli pul xərcləmək əvəzinıə, problemi adi limonla həll edə bilərsiniz. Etməli olduğunuz tək şey paslı əşyanı limon suyunda bir qədər saxlamaq, sonra isə təmiz su ilə durulamaqdır.
Diş ağrısına çarə
İmmun sistemini gücləndirən limonun diş ağrılarına da müsbət təsir göstərdiyini yəqin çoxları bilmir. Bununla yanaşı, liminların qırışlar və dəri ləkələrinə qarşı istifadəsi də mümkündür. Lakin bu zaman limonda olan turşunun dəriyə zədə verməməsinə diqqət etmək lazımdır.