Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcü nazir niyə Tehrana getmədi? - Ekspert

Gürcü nazir niyə Tehrana getmədi? - Ekspert

Tarix: 23 Oktyabr 2023 15:30

"3+3" - çox uğurlu bir formatdır. Gürcüstan hələ ki, buraya qatılmaqla bağlı tərəddüd edir. Səbəb kimi Rusiya ilə eyni masada oturmaq istəməməsi göstərilsə də, əslində əsas məsələnin bu olmadığı aydındır. Çünki biz başqa yerlərdə Tiflis və Moskva nümayəndə heyətlərinin danışıqlar apardığının şahidi oluruq. Əsas səbəb Gürcüstan hakimiyyətində ikitirəliyin mövcudluğudur.

Bu sözləri Axar.az-a Tehranda keçiriləcək "3+3" formatında birinci nazirlər görüşü haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

Siyasi şərhçi sözügedən görüşün Bakı və İrəvan arasında sülh müqaviləsi ilə bağlı məsələlərin də müzakirəsi üçün mühüm bir imkan olduğunu vurğulayıb:

"Biz Baş nazir İrakli Qaribaşvilinin regional inkişafa, Azərbaycan və Türkiyənin mövqeyini dəstəkləməyə meyilli olduğunu, bölgədə təhlükəsizliyin ancaq birlikdə təmin edilə biləcəyini anladığını görürük. Amma Prezident Zurabaşvilinin fransameyilli olduğu, oranın Xarici İşlər Nazirliyinin əməkdaşı kimi işlədiyini, Vaşinqton və Parisdə ölkəmizə qarşı qeyri-səmimi, hətta düşmən mövqeyi sərgiləyən dairələrin göstərişləri ilə hərəkət etdiyini bilirik. Nəticə etibarilə görünən odur ki, Qərb də Cənubi Qafqaz ölkələrinin Türkiyə, İran və Rusiya ilə birlikdə hansısa platforma quraraq regional məsələləri orada həll etməsini istəmir. Çünki sözügedən platforma çərçivəsində bütün nəqliyyat-kommunikasiya xətlərinin, eyni zamanda Zəngəzur dəhlizinin açılması məsələsinin həlli, təhlükəsizliklə bağlı məsələlərin və qarşılıqlı mexanizmlərin müəyyən edilməsi Qərbin bölgəmizə bütün təzyiq imkanlarını itirməsi ilə nəticələnə bilər".

Ekspert qeyd edib ki, bütün hallarda region ölkələrinin qonşularla birlikdə məsələləri müzakirə etmək qabiliyyətini saxlaması və inkişaf etdirməkdə maraqlı olması özü böyük uğurdur:

"Yəqin ki, qarşıdakı dövrdə Gürcüstan da öz daxilindəki fikir ayrılıqlarını aradan qaldırdıqdan sonra "3+3" formatına qatılacaq. Çünki bölgədə sülh və sabitlik içində birgəyaşayış üçün bundan əlverişli variant yoxdur".

Milli.Az


Etiketlər:  Gürcü nazir niyə Tehrana getmədi Ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ