Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FHN-in əməkdaşı dünya çempionu oldu - FOTO

FHN-in əməkdaşı dünya çempionu oldu - FOTO

Tarix: 24 Oktyabr 2023 12:12

Yunanıstanın Lutraki şəhərində sərbəst və yunan roma güləşi üzrə veteran idmançılar arasında dünya çempionatı keçirilib.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, yarışda 38 ölkədən 700-ə yaxın idmançı iştirak edib.

Ölkəmizi A kateqoriyası üzrə 35-40 yaşlı sərbəst güləşçilər arasında 62 kq çəki dərəcəsində Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Cəlal Süleymanov təmsil edib.

C.Süleymanov Qazaxıstan, Yaponiya və ABŞ-dan olan rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və sərbəst güləş üzrə veteranlar arasında dünya çempionu adını qazanıb.


Etiketlər:  əməkdaşı dünya çempionu oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ