Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2023 08:56
Kreml təbliğat mediasına Ukraynaya qarşı müharibədən qayıdan rusiyalı hərbçilərin törətdiyi cinayətlərlə bağlı xəbərləri dərc etməməyi tapşırıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Meduza" mənbələrə istinadən yazıb.
Tapşırıq ona görə verilib ki, ruslar öz əsgərlərini potensial cinayətkar hesab etməsinlər və onların qayıdışından qorxmasınlar.
"Həqiqətən nəzakətli, həssas və qayğıkeş insanların cəbhədən qayıtdığını göstərmək istəyi var", - deyə mənbələrdən biri bildirib.
Eyni zamanda vurğulanıb ki, əvvəllər hökumətyönlü medianın bəziləri yaxşı tiraj gətirdiyi üçün əsgərlərin cinayətlərindən yazırdı.
Qeyd edək ki, cari ilin cəmi 7 ayı ərzində Ukraynadakı müharibədən qayıdan rus hərbçilər ən azı 17 nəfərin ölümündə günahlandırılıb.