Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda virtual model müəssisənin yaradılması imkanları araşdırılır (FOTO)

Azərbaycanda virtual model müəssisənin yaradılması imkanları araşdırılır (FOTO)

Tarix: 2 Noyabr 2019 13:57

Bakı. Trend:

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti KOB sektorunda əməkdaşlıq və təcrübə mübadiləsi məqsədilə Sinqapurda səfərdədir. Səfər çərçivəsində KOBİA nümayəndə heyəti Sinqapurun kiçik və orta sahibkarlıq sahəsində fəaliyyət göstərən müvafiq dövlət və özəl qurumlarında bir sıra görüşlər keçirib.

Agentlikdən Trend-ə bildirilib ki, Sinqapurun Ticarət və Sənaye Nazirliyinin və “Enterprise Singapore”nin nümayəndələri ilə keçirilmiş görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti və KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verib, bu sahədə Sinqapurla əməkdaşlıqda maraqlı olduğumuzu diqqətə çatdırıb. KOBİA rəhbəri Sinqapurla investisiya əməkdaşlığı, sahibkarlığın inkişafı və KOB-lara maliyyə dəstəyi sahəsində təcrübə mübadiləsi, startaplarla bağlı proqramlardan istifadə, qarşılıqlı biznes missiyaların təşkili kimi istiqamətlərdə əməkdaşlıq imkanlarını qeyd edib. Görüşdə “Enterprise Singapore”nin nümayəndələri qurumun fəaliyyəti və KOB-lara maliyyə dəstəyi mexanizmləri barədə məlumat verib, təşkilatın KOB-ların inkişafına və xarici bazarlara çıxışına dəstək göstərdiyini bildirib. Vurğulanıb ki, “Enterprise Singapore” Sinqapur sahibkarlarının yeni regionlara çıxışında, yeni ticarət tərəfdaşlarının tapılmasında və bu sahədə əməkdaşlıqda maraqlıdır.

KOBİA nümayəndə heyətinin Sinqapur Biznes Federasiyası və Sinqapur İstehsalat Federasiyası ilə keçirilmiş görüşündə sözügedən qurumların fəaliyyəti, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstək tədbirləri barədə məlumat verilib, qarşılıqlı biznes missiyaların təşkili, KOB inkişaf mərkəzləri sahəsində təcrübə mübadiləsi kimi istiqamətlərdə müzakirələr aparılıb.

Sinqapur Rəqəmsal İmkanlar Mərkəzində (DCC) “McKinsey & Company” ilə keçirilmiş görüşdə məlumat verilib ki, şirkət tərəfindən yaradılmış virtual model müəssisə rəqəmsal texnologiyaların biznesin inkişafında tətbiqi məqsədilə yaradılıb və Sinqapurla yanaşı, bir çox ölkələrdə də fəaliyyət göstərir. Mərkəzlərdə nəzəri və təcrübi seminarlar keçirilir, startaplarla yaxından əməkdaşlıq edilir. Görüşdə Azərbaycanda da belə model müəssisələrin yaradılması imkanlarına dair fikir mübadiləsi aparılıb. Sonra KOBİA nümayəndələri Rəqəmsal İmkanlar Mərkəzində fəaliyyət göstərən virtual model müəssisənin fəaliyyəti ilə tanış olublar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azərbaycanda virtual model müəssisənin yaradılması imkanları araşdırılır (FOTO) Azərbaycanda virtual model müəssisənin yaradılması imkanları araşdırılır (FOTO) Azərbaycanda virtual model müəssisənin yaradılması imkanları araşdırılır (FOTO) Azərbaycanda virtual model müəssisənin yaradılması imkanları araşdırılır (FOTO) Azərbaycanda virtual model müəssisənin yaradılması imkanları araşdırılır (FOTO) Azərbaycanda virtual model müəssisənin yaradılması imkanları araşdırılır (FOTO) Azərbaycanda virtual model müəssisənin yaradılması imkanları araşdırılır (FOTO) Azərbaycanda virtual model müəssisənin yaradılması imkanları araşdırılır (FOTO)


Etiketlər:  Azərbaycanda virtual model müəssisənin yaradılması imkanları araşdırılır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ