Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda olan Kanada XİN rəhbəri Azərbaycanla sərhədə getdi

Ermənistanda olan Kanada XİN rəhbəri Azərbaycanla sərhədə getdi

Tarix: 26 Oktyabr 2023 11:20

Ermənistanda səfərdə olan Kanadanın xarici işlər naziri Melani Coli Cermuxa (İstisu) gedib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Kanada XİN rəhbəri Cermuxdakı Avropa İttifaqı Monitorinq Missiyasının mərkəzinə gedib.

"Kanadanın da qoşulduğu Avropa İttifaqı missiyasının həyata keçirdiyi işlər haqqında daha çox öyrənmək üçün Cermuxda olmaq çox xoşdur. Kanada bu missiyaya qoşulan ilk qeyri-Aİ ölkəsidir. Biz logistika məsələlərini müzakirə edəcəyik", - kanadalı nazir Aİ müşahidəçiləri ilə görüşdə deyib.

Kanadanın xarici işlər naziri səfəri zamanı həmçinin döyüş mövqelərinə baş çəkəcək, Qarabağı könüllü tərk etmiş erməni sakinlərlə görüş keçirəcək.


Etiketlər:  Ermənistanda olan Kanada XİN rəhbəri Azərbaycanla sərhədə getdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ