Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çiy dönər istehsalına görə vəzifəli şəxslər cəzalandırıldı

Çiy dönər istehsalına görə vəzifəli şəxslər cəzalandırıldı

Tarix: 26 Oktyabr 2023 18:04

Bu ilin doqquz ayı ərzində respublika ərazisində 8-i planlı, 4-ü plandankənar olmaqla 12 çiy dönər istehsalı, həmçinin 54-ü planlı, 36-sı plandankənar olmaqla, 90 dönər hazırlanan ictimai iaşə müəssisəsində yoxlama aparılıb. Yoxlamalar zamanı 11 çiy dönər istehsalı və 82 dönər hazırlanan ictimai iaşə müəssisəsində nöqsan aşkarlanıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Tədbirlər çərçivəsində ilin 9 ayı ərzində respublika ərazisində 8-i planlı, 4-ü plandankənar olmaqla, 12 çiy dönər istehsalı, həmçinin 54-ü planlı, 36-sı plandankənar olmaqla, 90 dönər hazırlanan ictimai iaşə müəssisəsində yoxlama aparılıb. 

Yoxlamalar zamanı 11 çiy dönər istehsalı və 82 dönər hazırlanan ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb. Çiy dönər istehsalı müəssisələrindən 3-ü ilə bağlı istehsalın və məhsul satışının qadağan edilməsi, 3-ü ilə əlaqədar satışın dayandırılması barədə məhdudlaşdırıcı qərar verilib. 

Həmçinin həmin müəssisələrin 11 vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb. Bir müəssisədə uyğunsuzluq aşkar olunmadığı üçün yoxlamanın nəticəsi qənaətbəxş hesab edilib. 

Dönər hazırlanan ictimai iaşə müəssisəsindən isə 3-ü ilə bağlı işlərin görülməsi, xidmətlərin göstərilməsinin dayandırılması, 27-si ilə əlaqədar məhsul satışının dayandırılması və qadağan olunması, 26-sı ilə bağlı iş personalının işdən kənarlaşdırılması barədə məhdudlaşdırıcı qərar verilib. 

Həmçinin həmin müəssisələrin 82 vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb. Səkkiz müəssisədə uyğunsuzluq aşkar olunmadığı üçün yoxlamanın nəticəsi qənaətbəxş hesab edilib.

Milli.Az


Etiketlər:  Çiy dönər istehsalına görə vəzifəli şəxslər cəzalandırıldı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR